• NİYƏ 0KM.AZ?
  • REKLAM YERLƏŞDİRMƏK
  • ƏLAQƏ
  • Markalar
  • Haqqımızda
  • MÜQASİYƏ 0
  • ƏSAS SƏHİFƏ
  • XƏBƏRLƏR
  • Sürücülük vəsiqəsi olmadan avtomobil idarə edilməsinə görə cərimələr iki dəfə artırılır
Sürücülük vəsiqəsi olmadan avtomobil idarə edilməsinə görə cərimələr iki dəfə artırılır

Nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə cərimələr artırılır.

Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi parlamentin bugünkü iclasında III oxunuşda müzakirəyə çıxarılıb.

Təklif olunan dəyişikliyə əsasən, cərimənin məbləği 100 manatdan 200 manatadək artırılır.

Daha bir dəyişikliklə Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə təyin olunmuş cərimənin məbləği 300 manatdan 400 manata qaldırılıb.

Müzakirələrdən sonra dəyişiklik layihəsi səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.

Paylaş:
  • Aylıq ödəniş: 719
    Haval Jolion Pro
  • Aylıq ödəniş: 728
    DongFeng YiPay 007
  • Aylıq ödəniş: 719
    GWM Poer
  • Aylıq ödəniş: 1864
    Voyah Dream


Digər Xəbərlər



Malayziya "Formula 1"ə ev sahibliyi etməyi planlaşdırmır

Əfsanəvi Prado Gürcüstanda təqdim olunub

"Voyah" və "M-Hero": Gələcəyin avtomobilləri artıq Azərbaycanda!

Parklanma ilə bağlı yeni cərimələr təsdiq edildi

İşıqforun qırmızı işığında keçən və əks yolla sürənlərin cərimələri artırılır

Çin ikinəfərlik uçan avtomobilin satış tarixini açıqladı

Bütün hüquqlar qorunur 2024 © 0km.az