0km.az saytı yeni avtomobil almaq istəyən insanların(yalnız yeni avtomobillər!) aşağıdakı problemlərini həll edir!
1. Insanların vaxt itkisinin qarşısını alır! Belə ki, yeni avtomobil alan zaman texniki şərtlər - qiymətlər üçün avtosalonların tək-tək saytları axtarılır(hərçənd 90%-nin saytlarında qiymət yerləşdirilməyib), salonlarla qiymət dəqiqləşdirmələri və s. Ciddi vaxt itkisi..
Müştəri 0km.az saytına daxil olaraq, ilkin və aylıq ödəyə biləcəyi məbləğləri yazır və salonlarda ödəniş qabiliyyətinə uyğun bütün avtomobillər qarşısındadı!
2. Müqayisə imkanı: 2 ya 3 avtomobili müqayisə et! Texniki parametrlərini, hər birinin nə qədər yanacaq sərf etdiyini, ilkin və aylıq ödənişlərini və s.
3. Siz avtomobil almaq istəyirsiniz və ağlınızda 4-5 brend olur. Bəzən 6 ya 7-ci brend olur ki, qiyməti ya təklif etdiyi satış şərtləri çox sərfəlidir. Amma TV ya digər reklamlarda olmadığı üçün siz bu haqda məlumatlı deyilsiniz.
0km.az sizə ölkəmizdə fəaliyyət göstərən bütün dilerlərin təklif etdiyi avtomobillərin texniki və ödəniş şərtlərini, hazırda keçirdiyi kampaniyaları təklif edir!
4. Əksər avtomobil şirkətlərinin saytlarının çox gec yenilənməsi ilə 0km.az saytının davamlı yenilənməsini nəzərə alsanız, bir neçə addım öndəsiniz!
Ümid edirik ki, dəyərli vaxtınıza qənaət edəcək və lazım olan informasiya ilə Sizi bir neçə addım irəlidə olmağınıza layiqli xidmət göstərə biləcəyik!.